Bu il 988 nəfərə narkomaniyadan məcburi müalicə təyin olunub

Bu il 988 nəfərə narkomaniyadan məcburi müalicə təyin olunub
  • Clock-gray 11:58
  • calendar-gray 03 İyul 2020

Bu ilin 5 ayı ərzində Ədliyyə Nazirliyi tərəfindən Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin məhkəmə-narkoloji tibbi yoxlaması təmin olunub və ekspertizadan cəmi 1405 nəfər keçib.

APA-nın məlumatına görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanan hesabatda əksini tapıb.

Qeyd edilib ki, onlardan 988 nəfərə narkomaniyadan məcburi müalicə təyin olunub. 2020-cu ilin 5 ayı ərzində Mülki işlə bağlı narkoloji tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslərin ümumi sayı 16 nəfərdir.

 

Günay Elşadqızı

Digər xəbərlər