Bu il Azərbaycanda 39 hakim barəsində intizam icraatı başlanılıb

Bu il Azərbaycanda 39 hakim barəsində intizam icraatı başlanılıb
  • Clock-gray 11:14
  • calendar-gray 10 Dekabr 2019

“Bu il Azərbaycanda 39 hakim barəsində intizam icraatı başlanılıb”.

APA-nın məlumatına görə, bunu Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov Ədliyyə Nazirliyi və Məhkəmə Hüquq Şurasının təşkilatçılığı ilə keçirilən 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş “İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda tədbirdə deyib.

Cavid Hüseynov deyib ki, 2 hakimin səlahiyyətlərinə xitam verilib və 6 hakim isə işdən azad olunub. 

C. Hüseynov hər məhkəmədə bir hakimin ayrılması və həmin hakimin media ilə işləməsi barədə verilən qərarın əhəmiyyətli olduğunu qeyd edib: “İlkin mərhələdə hakimlərin media üzrə məsul olması daha məqbuldur. Bu proses ilk növbədə Bakı, Abşeron və Sumqayıtda həyata keçiriləcək”. 

 

Ramiz Mikayıloğlu

Digər xəbərlər