Cəbhəboyu ərazilərdəki peşə məktəblərinə qəbul üzrə müsahibə mərhələsi qeyri-müəyyən müddətədək uzadılır

Cəbhəboyu ərazilərdəki peşə məktəblərinə qəbul üzrə müsahibə mərhələsi qeyri-müəyyən müddətədək uzadılır
  • Clock-gray 13:22
  • calendar-gray 30 Oktyabr 2020

Hazırda peşə təhsili pilləsinə işə qəbul üzrə müsahibələr elektron qaydada aparılır. Regionlar üzrə elan edilmiş ixtisas fənn müəllimi və istehsalat təlimi ustası vakansiyaları üzrə müraciət ünvanlayan və ilk mərhələdən uğurla keçən şəxslər növbəli şəkildə müsahibəyə dəvət olunmaqdadırlar.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən APA-ya verilən məlumata görə, tətbiq edilən yeni format Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq ölkə ərazisində xüsusi karantin rejimi müddətinin uzadılması və bir sıra məhdudiyyətlərin tətbiqindən qaynaqlanır. 

Cəbhəboyu ərazilərdə yer alan peşə təhsil müəssisələrinə qəbul üzrə müsahibələrin təşkilində müəyyən çətinliyi nəzərə alaraq, hazırki dövrdə müsahibə mərhələsinin qeyri-müəyyən müddətədək uzadılması nəzərdə tutulur.

Qeyd edək ki, Bakı və Sumqayıt şəhərlərindən müraciət etmiş namizədlər üçün müsahibə mərhələsi 23 oktyabr tarixindən etibarən yekunlaşmış hesab olunur.

Günay Elşadqızı

Digər xəbərlər