DİM sədri: "Builki buraxılış imtahanlarının nəticələri daha yüksəkdir"

DİM sədri: "Builki buraxılış imtahanlarının nəticələri daha yüksəkdir"
  • Clock-gray 17:51
  • calendar-gray 24 Sentyabr 2020

"Keçən ilki buraxılış imtahanı ilə builki imtahanı müqayisə edəndə builki nəticələr daha yüksəkdir". 

APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, bu, builki buraxılış imtahanlarında açıq sualların  sayının 50 faiz azaldılması ilə əlaqədardır: "Bəlkə də şagirdlər imtahana daha yaxşı hazırlaşıb, vaxt baxımından imkanları daha çox olub. Statistik göstəricilərdə builki və ötənilki nəticələri müqayisə edəndə görürük ki, imtahan nəticələri təxminən eynidir. Bu il nə sıçrayış, nə də daha pis vəziyyət olub. İmtahanın təşkili isə daha mürəkkəb idi. İmtahanlara giriş çox ciddi təşkil olunmuşdu".

Günay Elşadqızı

Digər xəbərlər