DİN koronavirusa qarşı profilaktik tədbirləri davam etdirir - VİDEO

DİN koronavirusa qarşı profilaktik tədbirləri davam etdirir - VİDEO
  • Clock-gray 17:58
  • calendar-gray 24 Mart 2020

Daxili İşlər Nazirliyi (DİN) koronavirus infeksiyasına qarşı profilaktik tədbirlər çərçivəsində fəaliyyətini davam etdirir.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən bütün tədbirlər şəhər sakinlərinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir: "İnanırıq ki, vətəndaşlarımız xüsusi karantin rejimin bütün tələblərinə, o cümlədən Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi sosial izolyasiya tədbirlərinə ciddi riayət edəcək, verilən tövsiyə və qərarları anlayışla qarşılayacaqlar".

Səlcuq Elçin

Digər xəbərlər