DMX-nın Bakı, Gəncə və Lənkəran regional miqrasiya idarələri sabah 14.00-dan iyunun 8-dək işləməyəcək

DMX-nın Bakı, Gəncə və Lənkəran regional miqrasiya idarələri sabah 14.00-dan iyunun 8-dək işləməyəcək
  • Clock-gray 18:51
  • calendar-gray 04 İyun 2020

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrini rəhbər tutaraq, Dövlət Miqrasiya Xidmətinin Bakı, Gəncə və Lənkəran regional miqrasiya idarələrinin fəaliyyəti 5 iyun saat 14.00-dan 8 iyun saat 9.00-a kimi məhdudlaşdırılır.

DMX-dan APA-ya verilən məlumata görə, göstərilən müddətdə müraciətlər yalnız elektron qaydada DMX-nin rəsmi internet saytı (migration.gov.az) və yaxud MİGAZ mobil tətbiqi üzərindən qəbul olunacaq. Sualları Xidmətin rəsmi internet saytındakı onlayn bələdçi vasitəsilə ünvanlamaq mümkündür. 

Günay Elşadqızı

Digər xəbərlər