Digər dillərdə təhsil alan şagirdlər üçün “Azərbaycan dili” fənni üzrə onlayn imtahan işlənib hazırlanır

Digər dillərdə təhsil alan şagirdlər üçün “Azərbaycan dili” fənni üzrə onlayn imtahan işlənib hazırlanır
  • Clock-gray 18:54
  • calendar-gray 02 Aprel 2020

"Biz şagirdlər üçün yeni onlayn imtahanları layihələndiririk. Azərbaycan dili istisna olmaqla, tədris digər dillərdə aparılan təhsil müəssisələrində təhsil alan şagirdlər üçün “Azərbaycan dili (dövlət dili kimi)” fənni üzrə onlayn imtahan işlənib hazırlanır".

APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə abituriyent, müəllim və valideynlərə müraciətində bildirib. 

DİM sədri deyib ki, elektron imtahanlar zamanı hər hansı qayda pozuntusu və ya sui-istifadə hallarını istisna etmək üçün imtahanların proktorinq (nəzarət) sistemi üzərində işlər aparılır: "Əlbəttə ki, epidemioloji vəziyyət imkan versə, sıx qrafik üzrə ənənəvi imtahanları keçirməyə hazırıq. Lakin biz sadəcə gözləyərək vaxt itkisinə yol verə bilmərik. Siz də bunu etməyin. Vaxtınızı boşuna sərf etməyin, təqdim etdiyimiz bütün resurslardan istifadə edərək dərslərinizlə məşğul olmağa davam edin". 

apa-logo-mini

Digər xəbərlər