“Diplomatiya: müasir trendlər” layihəsinə start verilib

“Diplomatiya: müasir trendlər” layihəsinə start verilib
  • Clock-gray 17:06
  • calendar-gray 20 Fevral 2020

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi , Dövlət Miqrasiya Xidməti ,“Miqrasiya  Könüllüsü” İctimai Birliyinin  təşkilatçılığı ilə “Diplomatiya: Müasir Trendlər” layihəsinə start verilib. 

DMX-dan APA-ya verilən məlumata görə, gələcək karyerasını diplomatiya sahəsində qurmaq istəyən gənclərin bu sahə üzrə biliklərinin artırılmasına yönəlmiş layihənin ilk günü Xarici İşlər Nazirliyinin Birinci Avropa İdarəsinin rəis müavini Nigar Hüseynova iştirakçılara  Azərbaycanın müasir, beynəlxalq və diplomatik əlaqələri mövzusunda təlim keçib.

50 nəfərin iştirak etdiyi təlimlər 23 fevral tarixində başa çatacaq.

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date