Doktoranturada təhsilin maliyyələşdirilməsi bütün elm sahələrini əhatə edəcək

Doktoranturada təhsilin maliyyələşdirilməsi bütün elm sahələrini əhatə edəcək
  • Clock-gray 20:02
  • calendar-gray 07 İyul 2020

"Doktoranturada təhsilin maliyyələşdirilməsi bütün elm sahələrini əhatə edəcək".

APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Onun sözlərinə görə, Nazirlər Kabineti tərəfindən qəbul edilmiş Qərarla müxtəlif elm sahələri üzrə hər bir təhsilalana bütün təhsil müddəti ərzində dövlət tərəfindən çəkilən illik xərclərin miqdarı müəyyən edilib: "Bununla yanaşı, 2019-cu ildə Nazirlər Kabinetinin Qərarı ilə ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) yeni təsnifatı təsdiq edilib, 2009-cu ildən etibarən qüvvədə olan təsnifat ləğv edilib: "Yeni təsnifata daxil olan ixtisaslar üzrə mütəxəssis hazırlığı 2020-2021-ci tədris ilindən etibarən başlayacaq. Eyni zamanda ləğv edilmiş təsnifatda yer alan bəzi ixtisaslar üzrə bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyəsində həmin ixtisaslar üzrə normativ təhsil müddəti başa çatanadək davam etdiriləcək".

C.Valehov qeyd edib ki, hər iki təsnifatdan olan ixtisaslar üzrə təhsilalanların təhsilinin dövlət sifarişi əsasında maliyyələşdirilməsinin müvafiq müddətdə davam etdirilməsi və 2020-2021-ci tədris ilindən etibarən başlayacaq mütəxəssis hazırlığının dövlət sifarişi əsasında maliyyələşdirilməsinin təmin edilməsi üçün hüquqi əsasların yaradılması məqsədilə qərarda ixtisasların adları sözügedən təsnifatlarda olduğu kimi verilib.

"Bu Qərarla ali təhsil pilləsində məhz dövlət sifarişi ilə təhsil alan şəxslərin təhsilinə görə dövlət tərəfindən ali təhsil müəssisələrinə ödənilən xərclərin miqdarı tənzimlənir".

Günay Elşadqızı

Digər xəbərlər