ETSN bələdiyyə sədri barədə məlumatları prokurorluğa göndərib

ETSN bələdiyyə sədri barədə məlumatları prokurorluğa göndərib
  • Clock-gray 10:18
  • calendar-gray 06 Aprel 2020

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Bərdə rayonu ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, sözügedən əraziyə keçirilən baxış zamanı Bərdə rayonu Göyüşlü bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində iydə ağaclarının kəsildiyi və təbiətə 4810 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. 

Faktla bağlı Göyüşlü bələdiyyəsi barəsində akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkarlar barəsində qanunamüvafiq  tədbirlərin görülməsi üçün Bərdə rayon Prokurorluğuna göndərilib.  

 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date