Gəncə İcra Hakimiyyəti tərəfindən 150-yə yaxın tənha, ahıl vətəndaşa və aztəminatlı ailəyə ərzaq yardımı edilib

Gəncə İcra Hakimiyyəti tərəfindən 150-yə yaxın tənha, ahıl vətəndaşa və aztəminatlı ailəyə ərzaq yardımı edilib
  • Clock-gray 17:32
  • calendar-gray 09 Aprel 2020

Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi karantin rejiminə uyğun olaraq yaşı 65-dən yuxarı vətəndaşların evdən çıxma qadağası nəzərə alınaraq Gəncədə tənha yaşayan ahıl şəxslərə və aztəminatlı ailələrə yardımlar davam edir.

APA-nın yerli bürosunun xəbərinə görə, yardım aksiyasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da yaxından iştirak edir. 

Niyazi Bayramov şəhər sakini Təranə Əhmədovanın ailəsinə baş çəkib. Ailə gəlirləri aşağı olan və İki övladı ilə tək yaşayan qadına ərzaq yardımı edilib. Şəhər rəhbəri həmçinin Təranə Əhmədova və onun övladları ilə profilaktik söhbət aparıb, ölkədə elan olunan xüsusi karantin rejimi qaydalarına əməl etməyin vacibliyini bir daha xatırladıb. 

Niyazi Bayramov 75 yaşlı şəhər sakini Gülnaz İbrahimovanın da evinə baş çəkib. Tənha yaşayan qadına ərzaq yardımı edilib, onunla maarifləndirici söhbət aparılıb. Şəhər rəhbəri bildirib ki, Gəncə Şəhər İcra Hakimiyyətində Koronavirusla Mübarizə Mərkəzi yaradılıb. Ehtiyac yaranarsa, Mərkəzin "Qaynar xətti" ilə də əlaqə saxlamaq mümkündür. 

Xatırladaq ki, Gəncədə ehtiyac sahiblərinə ərzaq yardımı bir neçə müddətdir ki, davam edir. Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən ümumilikdə 150-yə yaxın aztəminatlı ailəyə, o cümlədən yaşı 65-dən yuxarı tənha, ahıl vətəndaşa ərzaq yardımı edilib.

 

Fuad Nazimoğlu

Digər xəbərlər