Gəncədə polis apteklərdə reyd keçirib

Gəncədə polis apteklərdə reyd keçirib
  • Clock-gray 13:02
  • calendar-gray 29 Mart 2020

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon İdarəsinin əməkdaşları xidmət ərazilərində mövcud olan apteklərdə süni qiymət artımının qarşısının alınması, eləcə də maska və spirtə olan ehtiyacın ödənilməsini təmin etmək məqsədilə yoxlama keçirib. 

Bu barədə APA-nın yerli bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan məlumat verilib.

Polis əməkdaşları apteklərdə qiymətlərlə maraqlanıb, eləcə də əczaçılarla profilaktik söhbətlər aparıblar. Obyekt rəhbərlərinə qanunun tələbləri ətraflı izah olunub və yarana biləcək süni qiymət artımı və digər neqativ hallarla bağlı qanuna müvafiq qaydada tədbir görüləcəyi bir daha diqqətə çatdırılıb. 

Bundan başqa RPİ-nin əməkdaşları park və istirahət guşələrində kütləvi şəkildə toplaşan vətəndaşlarla da maarifləndirici söhbətlər aparıb.

Fuad Nazimoğlu

Digər xəbərlər