Hazırda AMEA-nın 68 həqiqi və 105 müxbir üzvü var

Hazırda AMEA-nın 68 həqiqi və 105 müxbir üzvü var
  • Clock-gray 19:06
  • calendar-gray 21 Yanvar 2020

2020-ci ilin əvvəlinə olan məlumata əsasən, ölkədə müxtəlif elmi-texniki xidmətləri həyata keçirən 133 elmi təşkilat və müəssisə fəaliyyət göstərib. 

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, bu elm ocaqlarında elmitədqiqat və işləmələrlə 20,2 mindən artıq mütəxəssis məşğul olur, onların da 71,4 faizi tədqiqatçılardır. Bu mütəxəssislərin 37,4 faizinin elmlər doktoru və ya fəlsəfə doktoru elmi dərəcəsi var. 

Bundan əlavə, elmi-tədqiqat bölmələrində ştatda olmayan və ali təhsil müəssisələrində çalışan 7 min nəfər elmi pedaqoji işçi elmi-tədqiqat bölmələrində tədqiqat və işləmələri yerinə yetirirlər. Onların da yarıdan çoxu elmlər doktoru və ya fəlsəfə doktoru alimlik dərəcəsinə malikdirlər. Hazırda Milli Elmlər Akademiyasının 68 həqiqi və 105 müxbir üzvü var.

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date