Hesablama Palatasında iki yeni sektor yaradılıb

Hesablama Palatasında iki yeni sektor yaradılıb
  • Clock-gray 10:22
  • calendar-gray 25 Yanvar 2020

Hesablama Palatasının strukturunda dəyişiklik edilib.

APA-nın məlumatına görə, fevral ayının 1-dən qüvvəyə minəcək yeni strukturda bir sıra şöbələrin birləşdirilməsi ilə yanaşı iki yeni struktur vahidi də formalaşdırılıb.

Səmərəlilik (perfomans) auditi ilə bağlı fəaliyyətin genişləndirilməsi məqsədilə Hesablama Palatasında Səmərəlilik auditi sektoru yaradılıb və müxtəlif istiqamətlər üzrə kənar dövlət maliyyə nəzarəti tədbirləri bu sektor tərəfindən həyata keçiriləcək.

Yeni yaradılan Keyfiyyətə nəzarət və fəaliyyət risklərinin idarəedilməsi sektoru isə beynəlxalq standart və təcrübəyə uyğun şəkildə Hesablama Palatasının fəaliyyətinin, xüsusilə nəzarət fəaliyyətinin təşkili və risklərin araşdırılması istiqamətində fəaliyyət göstərəcək.

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date