Hikmət Hacıyev: “Bəzi ölkələr təkrar sərhədini bağlaya, bu halda Azərbaycan vətəndaşları ölkə xaricində qala bilərlər”

Hikmət Hacıyev: “Bəzi ölkələr təkrar sərhədini bağlaya, bu halda Azərbaycan vətəndaşları ölkə xaricində qala bilərlər”
  • Clock-gray 17:40
  • calendar-gray 03 Avqust 2020

“Azərbaycan vətəndaşlarına zəruri hallar istisna olmaqla xarici səfərlərdən çəkinmələri tövsiyə olunur”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, dünya ölkələrində pandemiyanın ikinci, üçüncü alovlanmadı baş verməkdədir: “Hər zaman dövlətlər arasında yenidən uçuşların, sərhədlərin bağlanması və təkrar gücləndirici tədbirlər, təkrar digər dövlətlər tərəfdən birtərəfli şəkildə addımların atılması halları baş verə bilər ki, bu halda Azərbaycan vətəndaşları ölkə xaricində qala bilərlər. Hazırda xaricdə olan vətəndaşlarımızın ölkəyə gəlməsi ilə bağlı xüsusi məsələ və açıq mövzu demək olar ki, yoxdur. Məntəqələr üzrə təşkil olunan çarter reysləri də demək olar ki, dayandırılıb. O mənadakı artıq İstanbul reysi vasitəsilə digər ölkələrdə olan vətəndaşlar da tranzit yolla AZAL və Türk Hava Yollarının reysləri ilə ölkəyə gələ bilirlər. Quru sərhədə gəlincə, Gürcüstan və Rusiya istiqamətində müəyyən olunmuş qaydalara uyğun, qrafik çərçivəsində vətəndaşlarımızın ölkəmizə gətirilməsi təmin olunub”.

Firuzə Vahid

Digər xəbərlər