Hikmət Hacıyev: “Təyyarə göndərdik, ancaq vətəndaşlarımızın bir qismi Macarıstandan gəlməkdən imtina etdi”

Hikmət Hacıyev: “Təyyarə göndərdik, ancaq vətəndaşlarımızın bir qismi Macarıstandan gəlməkdən imtina etdi”
  • Clock-gray 11:55
  • calendar-gray 15 Avqust 2020

“Macarıstandan olan tələbələrin gətirilməsi üçün yaz ayında çarter reys təşkil olundu. İkinci reys iyul ayında baş tutdu”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, AZAL tərəfindən 240 nəfərlik təyyarənin Budapeştə göndərilməsi nəzərdə tutulurdu: “Səfirlikdə 200-dən çox vətəndaş qeydiyyatdan keçmişdi. Ancaq vətəndaşların bir qismi təyyarə göndəriləndə gəlməkdən imtina etdi. Hətta biz diaspor və səfirlik çərçivəsində vətəndaşlara müəyyən maliyyə yardımı da göstərdik. Onlar bəlkə də həmin vaxt ölkədə sərt karantin rejiminin tətbiqinə görə gəlməkdən imtina etdilər. Hətta biz vətəndaşlara gələndə də müraciət edirik ki, ölkəyə gələndən sonra qayıtmaqla bağlı həmin ölkənin qaydalarında dəyişiklik baş verə bilər”. 

Firuzə Vahid

Digər xəbərlər