İbrahim Məmmədov: “Adamlara pul paylansa, daha çox insan işsiz qalacaq”

İbrahim Məmmədov: “Adamlara pul paylansa, daha çox insan işsiz qalacaq”
  • Clock-gray 18:59
  • calendar-gray 08 Aprel 2020

"Kreditlər işsiz adamlara verilmir. Tədbirlər planında da kiçik və orta sahibkarlara, muzdlu işçilərə də dəstək nəzərdə tutulur. Bu da elə banka olanlara sosial dəstək deməkdir".

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

Onun sözlərinə görə, işsizlərə 190 manat ödəniləcək, bundan əlavə onların övladlarının da təhsil haqqında kömək ediləcək: "İstehlak kreditlərinə gəldikdə, dövlət real sektorun kreditləşməsini dəstəkləyir. İnfrastruktura qoyulan investisiya layihələri məşğulluğu artırır. Adamlara pul paylansa, daha çox adam işsiz qalacaq. İndi görülən tədbirlər çox prinsipial yanaşmadır".

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date