İdman zalları və kinoteatrlar avqustun 31-dək işləməyəcək

İdman zalları və kinoteatrlar  avqustun 31-dək işləməyəcək
  • Clock-gray 17:01
  • calendar-gray 03 Avqust 2020

2020-ci il 31 avqust saat 00:00-dək ölkə üzrə tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində  idman, sağlamlıq-bərpa üzrə xidmətlərinə (bu sahədə tibbi xidmətlər istisna olmaqla), mədəniyyət obyektləri, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinə icazə verilməyəcək. 

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bunqan başqa, ölkə üzrə bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılıb. 

 

 

apa-logo-mini

Digər xəbərlər