İlk peşə-ixtisas təhsili müəssisələrinin Azərbaycan dili imtahanının nəticələri elan olunub

İlk peşə-ixtisas təhsili müəssisələrinin Azərbaycan dili imtahanının nəticələri elan olunub
  • Clock-gray 16:00
  • calendar-gray 24 Fevral 2020

İlk peşə-ixtisas təhsili müəssisələrinin tədrisi dili Azərbaycan dilindən fərqli olan şagirdləri üçün keçirilən Azərbaycan dili imtahanının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, fevralın 17-də buraxılış imtahanı çərçivəsində keçirilən Azərbaycan dili (dövlət dili) imtahanının nəticələri fevralın 24-də saat 15:30-dan etibarən DİM-in rəsmi internet səhifəsində yerləşdirilib.  Şagirdlər iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 74 nəfərdən 2 nəfər imtahana gəlməyib.

Qeyd edək ki, buraxılış imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apelyasiya komissiyası yaradılıb. Apelyasiya komissiyası Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir. Şagirdlər Apelyasiya komissiyasına fevralın 25-də saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date