İqtisadiyyat Nazirliyi tibbi maskaların qiymətinin artmasına münasibət bildirib

İqtisadiyyat Nazirliyi tibbi maskaların qiymətinin artmasına münasibət bildirib
  • Clock-gray 16:41
  • calendar-gray 24 Fevral 2020

İqtisadiyyat Nazirliyi tibbi maskaların qiymətinin artmasına münasibət bildirib. 

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məlum olduğu kimi, son zamanlar dünyada tibbi maskalara tələbat artıb. Azərbaycana tibbi maskalar xarici ölkələrdən idxal olunur. Bu ölkələrdə qiymət artımı Azərbaycanda da tibbi maskaların pərakəndə satış qiymətinə təsir edib: "Bununla belə, istehlak bazarında baş verən qiymət dəyişiklikləri ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müvafiq araşdırmalar aparılır və qiymətlərdə süni artım müəyyən edildiyi halda qanunvericiliyə uyğun tədbirlər görüləcək".

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date