İsmayıllıda kafe və avtobuslara kitab rəfləri yerləşdirilib

İsmayıllıda kafe və avtobuslara kitab rəfləri yerləşdirilib
  • Clock-gray 16:38
  • calendar-gray 13 Avqust 2020

İsmayıllı gəncləri maraqlı bir layihəyə imza atıb. İnsanlar öz vaxtlarının çox hissəsini sosial şəbəkələrdə, internet klublarda keçirdiyi bir vaxtda onları kitab oxumağa yönəltmək məqsədilə İsmayıllı rayonunda “Kitablar hər yerdə” adlı yeni layihəyə start verilib. 

APA-nın yerli bürosunun xəbərinə görə, bu məqsədlə gənclər kitablardan və “İsmayıllı xəbərləri” qəzetindən ibarət kiçik kitab rəfləri hazırlayıblar. Kitab rəfləri rayon mərkəzində gənclərin və müxtəlif yaş qrupundan olan insanların mütəmadi olaraq istifadə etdiyi kafe və çay evlərinə, eləcə də şəhərdaxili və kəndlərə gedən avtobuslara yerləşdirilib. 

Bununla da layihə təkcə rayon mərkəzində deyil, 20-dən çox kənd və qəsəbədə yaşayan 32 mindən çox insanı əhatə etmiş olacaq.

Qeyd edək ki, layihə davamlı şəkildə icra olunacaq, bütün kafe və çay evlərini, marşrut avtobuslarını əhatə edəcək.

Şahnəzər Bəşirov

Digər xəbərlər