İşsiz şəxslərə birdəfəlik ödəmənin verilməsinə başlanılıb

İşsiz şəxslərə birdəfəlik ödəmənin verilməsinə başlanılıb
  • Clock-gray 21:33
  • calendar-gray 09 Aprel 2020

 

İşsiz şəxslərə birdəfəlik ödəmənin verilməsinə başlanıb. İlk olaraq  10 min işsiz şəxs üçün birdəfəlik ödəmə bank filiallarına və poçt şöbələrinə köçürülüb.

APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin rəhbəri Fazil Talıbov bildirib. Onun sözlərinə görə, şəxslərin  müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndəriləcək:

"Yalnız bu mesajı aldıqdan sonra işsiz şəxslər evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, SMS-də “Azərpoçt” MMC qeyd edilibsə istənilən poçt şöbəsinə, SMS-də bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala bilərlər.

Ödəmələrin verilməsi gündəlik davam edəcək və qeydiyyata alınan digər işsiz şəxslər də bu ödənişlə təmin ediləcəklər".

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date