Komitə sədri: “Qadınlar özlərinə hörmətlə yanaşmalıdırlar”

Komitə sədri: “Qadınlar özlərinə hörmətlə yanaşmalıdırlar”
  • Clock-gray 15:17
  • calendar-gray 13 Dekabr 2019

"Ən böyük problem ondan ibarətdir ki, qadınlar çox zaman hansısa zorakılıqla qarşılaşanda müraciət etmirlər".

APA-nın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.

Onun sözlərinə görə, bu qadınlara məhkəməyə müraciət etmək təklif olunur: "Amma qadınlar bunu eləmir. Bunun da bir çox səbəbləri var. Bəziləri iqtisad baxımdan müstəqil olmadığını deyirlər, bir çox hallarda qorxurlar. Bu gün bizdə elə güclü müdafiə sistemi yaranıb ki, qadınlar heç nədən qorxmadan məhkəməyə müraciət edə bilirlər. İstəyirik ki, bu qadınlar daha da güclü olsunlar, biz onlara kömək edə bilərik ki, vəkilləri olsun, müdafiə olunsunlar".

Komitə sədri deyib ki, qadınlar bir az özlərinə hörmətlə yanaşmalıdırlar: “Çox zaman bizim əsas problemimiz ondan ibarət olur ki, qadınlar uzun müddət susurlar və bunun sayəsində də ağır cinayət baş verir. Həmin qadınlar kiçik münaqişə olanda vaxtında müraciət etsəydilər və ailə də nəzarətə götürülsəydi, belə hadisələr olmazdı. Biz ona görə rayonlarda monitorinqlər qrupu yaratmışıq ki, onlar profilaktik iş aparsınlar. Rayon yerində hamının problemli ailələrdən xəbəri olur. Burada ictimai qınaq, ictimai münasibət də güclənsə, bir çox problemləri həll etmək olar".

 

 

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date