Lerikdə zəlzələ olub

Lerikdə zəlzələ olub
  • Clock-gray 22:05
  • calendar-gray 16 Fevral 2020

Azərbaycanın cənub bölgəsində zəlzələ baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, 3-3,5 bal gücündə qeydə alındığı ehtimal edilən yeraltı təkanların episentrinin Lənkəran stansiyası yaxınlığında yerləşib.

Cüzi şəkildə hiss edilən zəlzələ zamanı dağıntı və ya tələfat olmayıb.

Qeyd edək ki, Seysmoloji Xidmət Mərkəzi də baş vermiş zəlzələ barədə məlumat yayıb. İlkin məlumatlara əsasən, yeraltı təkanlar yerli vaxtla saat 21:51-də Lənkəran stansiyasından 11 km qərbdə, Lerik rayonunda qeydə alınmışdır. Dərinliyi 10 km olan zəlzələ hiss olunub.

Tural Kərimov

Digər xəbərlər

Arxiv

date