Martın 1-də 9-cu siniflər üzrə buraxılış imtahanının I mərhələsi keçiriləcək

Martın 1-də 9-cu siniflər üzrə buraxılış imtahanının I mərhələsi keçiriləcək
  • Clock-gray 11:38
  • calendar-gray 24 Fevral 2020

Martın 1-də 9-cu siniflər üzrə buraxılış imtahanının I mərhələsi keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, martın 1-də Bakı, Şirvan, Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının birinci mərhələsi keçiriləcək.

Buraxılış imtahanında iştirak edəcək şagirdlər verilmiş keçiddən (https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46) istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date