Metadonla əvəzedici müalicə proqramı üzrə 563 xəstə müalicə alır

Metadonla əvəzedici müalicə proqramı üzrə 563 xəstə müalicə alır
  • Clock-gray 11:58
  • calendar-gray 03 İyul 2020

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən 4 məntəqədə proqram çərçivəsində 563 xəstə müalicə alır.

APA-nın məlumatına görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanan hesabatda əksini tapıb.

Hesabatda qeyd edilib ki, onlardan 155 nəfəri RNM-də, 335 nəfəri QİÇS-lə Mübarizə Mərkəzində, 73 nəfəri Sumqayıt şəhər Rayonlararası Narkoloji dispanserdədir.

Qeyd edək ki, Nazirlər Kabinetinin 26 yanvar 2006-cı il tarixli  21 nömrəli qərarı ilə ölkəmizdə “Narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsində istifadə olunan əvəzedici müalicə proqramlarının tətbiqinin Şərtləri və Qaydaları” təsdiq edilib. Bu proqramlar inyeksion yolla narkotik maddələr istifadə edənlər arasında İİV/QİÇS-in yayılmasının qarşısını almağa yönəlib.

 

Firuzə Vahid

Digər xəbərlər