Metronun “İçərişəhər” stansiyasında UNEC tələbələrinin sərgisi keçiriləcək

Metronun “İçərişəhər” stansiyasında UNEC tələbələrinin sərgisi  keçiriləcək
  • Clock-gray 14:08
  • calendar-gray 14 Dekabr 2019

“Bakı Metropoliteni”ndə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi çərçivəsində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tələbələrinin əsərlərindən ibarət sərgi keçiriləcək.

"Bakı Metropoliteni"QSC-dən APA-ya verilən məlumata görə, Nəsiminin zəngin irsinin canlandırıldığı 14 rəsm əsərinin nümayiş olunacağı sərgi dekabrın 16-da “İçərişəhər” stansiyasının vestibülündə başlanacaq.

Rəsm əsərlərinin müəllifləri universitetin bu məsələlərdə xüsusi rol oynayan və ədəbi-bədii bacarığı olan tələbələrə dəstək verən yaradıcılıq mərkəzinin üzvləridir.

Sərgi zamanı həmçinin bu ali təhsil ocağının yaradıcılıq mərkəzinin daha bir fəal qrupu da öz istedadını nümayiş etdirəcək. Stansiyanın vestibülündə qrupun teatr truppasının Nəsimi yaradıcılığına həsr olunmuş səhnəciyindən bir fraqment nümayiş olunacaq.

Sərgi zamanı yaradıcı qrupun üzvləri maraqlanan tamaşaçılara tövsiyələrini verərək, master-klas da keçəcəklər.

 

Əsmər Qabil

Digər xəbərlər