Meyitdən transplantasiya üçün orqanların icazəsiz götürülməsi mümkün olmayacaq

Meyitdən transplantasiya üçün orqanların icazəsiz götürülməsi mümkün olmayacaq
  • Clock-gray 12:55
  • calendar-gray 25 Sentyabr 2020

Meyitdən transplantasiya üçün orqanların icazəsiz götürülməsi mümkün olmayacaq.

APA-nın məlumatına görə, bu, sentyabrın 30-da Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində əksini tapıb.

Qeyd edək ki, qanun layihəsinin ilkin versiyasına əsasən, meyitdən gözün buynuz qişası və meyit üzərində dəyişiklik etməyən digər toxumalar hər hansı bir icazə və vəsiyyət olunmadan götürülə bilərdi.

Amma sentyabrın 30-da Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq qanun layihəsində bu müddəa əksini tapmayıb.

 

Firuzə Vahid

Digər xəbərlər