Mingəçevirdə antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi aşkarlanıb

Mingəçevirdə antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi aşkarlanıb
  • Clock-gray 16:53
  • calendar-gray 13 Dekabr 2019

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 Çağrı Mərkəzinə daxil olan müraciət əsasında AQTA əməkdaşları Mingəçevir şəhəri, M.P.Vaqif küçəsi 31 ünvanında fəaliyyət göstərən fiziki şəxs İsmayılova Xalidə Müzəffər qızına məxsus çörək istehsalı müəssisəsində reyd keçiriblər.

AQTA-dan APA-ya verilən məlumata görə, reyd zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçirilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qüvvədə olan normativlərə cavab vermədiyi, xammalın saxlanma rejiminə, eləcə də, temperatur və rütubət rejiminə düzgün əməl olunmadığı aşkarlanıb.

Müəssisədə istifadə olunan sobanın, işçi masaların, tənəkə altlıqların, qabların, alət və ləvazimatların və çörək yığılan rəfin istismar müddətinin bitdiyi və onların təmizlənməsinin, dezinfeksiyasının normalara uyğun olaraq aparılmadığı, deratizasiya və dezinseksiya tədbirlərinin vaxtaşırı həyata keçirilmədiyi aşkar edilib.

Aşkarlanan pozuntulara uyğun olaraq qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Günay Elşadqızı

Digər xəbərlər