Naxçıvanda Kimya-Biologiya Təmayüllü Lisey yaradılıb

Naxçıvanda Kimya-Biologiya Təmayüllü Lisey yaradılıb
  • Clock-gray 18:29
  • calendar-gray 04 Avqust 2020

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov avqustun 4-də Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyin yaradılması haqqında Sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Sərəncama əsasən, Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyi yaradılmalı, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

 

apa-logo-mini

Digər xəbərlər