Nazir: "Karantin müddəti uzanarsa, birdəfəlik ödəmə növbəti aylarda da veriləcək"

Nazir: "Karantin müddəti uzanarsa, birdəfəlik ödəmə növbəti aylarda da veriləcək"
  • Clock-gray 18:20
  • calendar-gray 07 Aprel 2020

"Hər ailəyə birdəfəlik ödəniş bir dəfə həyata keçiriləcək".

APA xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev birdəfəlik ödəmə ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. Nazir bildirib ki, əgər ailədə 2 nəfər varsa və onlar işləmirsə, onlardan biri işsizliyə görə qeydiyyatdan keçə bilər.

"Onlardan birinə birdəfəlik ödəniş olunacaq. Bütün ödənişlər nağdsız şəkildə həyata keçiriləcək",-deyə S.Babayev əlavə edib.

Nazir qeyd edib ki, karantin müddəti uzandığı halda birdəfəlik ödəmə (190 manat) növbəti aylarda da veriləcək.

Əsmər Qabil

Digər xəbərlər

Arxiv

date