Nazirlik diaqnostik qiymətləndirmə ilə sertifikatlaşdırma arasındakı fərqi açıqlayıb

Nazirlik diaqnostik qiymətləndirmə ilə sertifikatlaşdırma arasındakı fərqi açıqlayıb
  • Clock-gray 17:17
  • calendar-gray 23 Yanvar 2020

Təhsil Nazirliyi müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə sertifikatlaşdırılması arasındakı fərqi açıqlayıb.

Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, diaqnostik qiymətləndirmə  ümumi təhsil müəssisələrində çalışan müəllimlərin həftəlik dərs yükünün optimallaşdırılması yolu ilə əməkhaqqının artırılmasını təmin etmək və bununla maddi rifahını yaxşılaşdırmaq məqsədi daşıyır.

Sertifikatlaşdırma isə təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur və burada dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində işləyən təhsilverənlər iştirak edəcək.

Qeyd edilib ki, qaydalar təsdiq edildikdən sonra sertifikatlaşdırmanın nə zaman və hansı formada keçiriləcəyi ilə bağlı rəsmi məlumat veriləcək.

Xatırladaq ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş əlavə və dəyişikliyə əsasən, 2020-ci ildən dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan müəllimlər 5 ildə bir dəfə sertifikatlaşdırmadan keçməlidir. 

Bununla yanaşı, müəllimlərin işə qəbulu müsabiqəsi ilə ilk dəfə işə qəbul olunanların 5 il müddətində sertifikatlaşdırılması aparılmayacaq. Müəllimlərin işə qəbulu müsabiqəsinin nəticəsinə əsasən, işə qəbul olunan müəllimlər sertifikatlaşdırmadan keçənlərə bərabər tutulacaq. 

Sertifikatlaşdırma prosesində iştirak edəcək müəllimlərə məntiqə aid sualların təqdim olunması nəzərdə tutulmadığından  sözügedən qaydalara dəyişiklik edilib.

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date