Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının səlahiyyətlərindən biri ləğv edilib

Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının səlahiyyətlərindən biri ləğv edilib
  • Clock-gray 20:32
  • calendar-gray 20 Fevral 2020

Nazirlər Kabineti “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının Əsasnaməsi haqqında” qərarında dəyişiklik edib.

APA-nın məlumaına görə, dəyişiklik avtomobil yollarında yol hərəkətini nizamlayan texniki vasitələrin quraşdırılması ilə bağlıdır.

Qərara əsasən, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının avtomobil yollarında yol hərəkətini nizamlayan texniki vasitələrin quraşdırılmasına icazə verilməsinə dair səlahiyyəti ləğv edilib.

Avtomobil yollarında svetoforlar, yol nişanları, nişanlama xətləri və yol hərəkətinin təşkilinin digər texniki vasitələri Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyinin (svetoforlar və yol nişanlarına münasibətdə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəyi nəzərə alınmaqla) qərarı ilə Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq tətbiq olunacaq.

 

 

Ramiz Mikayıloğlu

Digər xəbərlər