Operativ Qərargah idman zallarının açılmamasına aydınlıq gətirib

Operativ Qərargah idman zallarının açılmamasına aydınlıq gətirib
  • Clock-gray 19:14
  • calendar-gray 29 May 2020

“İdman zalları qapalı yerlərdir. Qapalı yerlərdə də yoluxma ehtimalı böyükdür”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədovun sözlərinə görə, idman zallarında şərait elədir ki, yoluxma arta bilər: “Açıq məkanlarda idman yarışlarına icazə verilib, qapalı məkanlar üçün isə bu qərar hazırkı mərhələdə məqbul sayılmır”.

Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri qeyd edib ki, bağçaların açılması da hazırda məqbul sayılmır.

Ramiz Mikayıloğlu

Digər xəbərlər