Övladlığa götürülən 414 uşaqla bağlı distant monitorinq həyata keçirilib

Övladlığa götürülən 414 uşaqla bağlı distant monitorinq həyata keçirilib
  • Clock-gray 11:01
  • calendar-gray 26 May 2020

Övladlığa götürülən uşaqların ailələrdəki vəziyyətinin monitorinqi, həyat şəraitinə nəzarət xüsusi karantin dövründə də distant formada davam etdirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Agentliyindən APA-ya bildirilib ki, bu dövrdə 414 uşaqla bağlı distant monitorinq həyata keçirilib. Monitorinqlərin 260-ı telefon, 154-ü isə videozəng vasitəsilə təşkil edilib. Həmin uşaqların ailələrdəki  vəziyyəti, əqli, fiziki, psixoloji inkişaf səviyyəsi öyrənilib.

Monitorinqi aparan əməkdaşlar üçün əvvəlcə beynəlxalq və yerli ekspertlərin iştirakı ilə onlayn təlimlər təşkil olunub. Onlar bu təlimlərdə monitorinqlər zamanı neqativ halların aşkar edilməsi, ailə ilə düzgün ünsiyyət və digər bacarıqların artırılması sahəsində zəruri bilik və bacarıqlara sahib olublar.

Əsmər Qabil

Digər xəbərlər