Özünüməşğulluq proqramı gələn il 15 min ailəni əhatə edəcək

Özünüməşğulluq proqramı gələn il 15 min ailəni əhatə edəcək
  • Clock-gray 12:35
  • calendar-gray 21 Sentyabr 2020

2018-ci ildə 7300-ə yaxın, 2019-cu ildə 10 mindən çox ailənin cəlb edildiyi özünüməşğulluq proqramı əsasında bu il 12 min ailənin kiçik müəssisələrinin yaradılması işləri aparılır. Gələn il isə proqram 15 min ailəni əhatə edəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən məlumata görə, ümumilikdə növbəti ildən özünüməşğulluq proqramı illik 15  min ailənin kiçik biznesə çıxışına imkan verəcək. Bu da o deməkdir ki, ailə üzvlərinin sayı ilə hesabladıqda proqram  illik orta hesabla 60 min nəfərin rifahına dəstək verəcək.

Proqrama cəlb edilənlərin böyük hissəsi əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, məcburi köçkünlər, müharibə veteranları, aztəminatlı, habelə əsasən çoxuşaqlı ailələrin  üzvləri və başqalarıdır.

Dünya Bankı, BMT İnkişaf Proqramı, Heydər Əliyev Fondu, yerli banklar, habelə dövlət qurumlarından KOBİA, ABAD, Qida Təhlükəziliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi də bu proqramın genişləndirilməsi və dəstəklənməsi işlərinə cəlb olunub.

Günay Elşadqızı

Digər xəbərlər