Parlamentin İntizam komissiyasına deputatın maliyyə xarakterli məlumatlarını qəbul etmək səlahiyyəti verilir

Parlamentin İntizam komissiyasına deputatın maliyyə xarakterli məlumatlarını qəbul etmək səlahiyyəti verilir
  • Clock-gray 12:59
  • calendar-gray 16 Sentyabr 2020

Milli Məclisin İntizam komissiyasına deputatın maliyyə xarakterli məlumatlarını təqdim etməsinə nəzarət etmək səlahiyyəti verilir.

APA-nın məlumatına görə, bu, sabah Milli Məclisin İntizam Komissiyası və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında müzakirəyə çıxarılacaq “Azərbaycan Respublikasının Milli Məclisinin İntizam Komissiyasının Əsasnaməsi” layihəsində əksini tapıb.

Layihəyə əsasən, İntizam komissiyasının deputatın maliyyə xarakterli məlumatlarını qəbul etmək və həmin məlumatlar üzrə ilkin araşdırma aparmaq səlahiyyəti də olacaq.

Ramiz Mikayıloğlu

Digər xəbərlər