Penitensiar müəssisələrdə saxlanılan şəxslərin test nümunələri götürələrək laborator analizlərin aparılması təşkil olunub

Penitensiar müəssisələrdə saxlanılan şəxslərin test nümunələri götürələrək laborator analizlərin aparılması təşkil olunub
  • Clock-gray 20:20
  • calendar-gray 13 Avqust 2020

Qlobal COVİD-19 infeksiyasına qarşı dövlət başçısının və respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizdə görülən qəti tədbirlər çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən zəruri preventiv addımlar atılır, penitensiar və tibb xidmətləri fəaliyyətlərini gücləndirilmiş iş rejimində davam etdirirərək, məhkumların və təqsirləndirilən şəxslərin həyat və sağlamlıqlarının qorunmasına ciddi nəzarətdə saxlanılmaqla, onların gündəlik termometriyası həyata keçirilir.

Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, Nazirliyin Tibb baş idarəsi fəaliyyətini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun quraraq Səhiyyə Nazirliyi və TƏBİB ilə sıx əlaqədə penitensiar müəssisələrdə saxlanılan şəxslərin test nümunələri götürələrək laborator analizlərin aparılması təşkil olunub. 

Virusun göstəricilləri pozitiv çıxan tək-tək məhkumlar dərhal təcrid olunaraq ixtisaslaşdırılmış müalicə müəssisəsində xüsusi yaradılmış şöbəyə yerləşdirilir və intensiv müalicə tədbirləri aparılaraq tam  sağaldıqdan sonra karantindən çıxarılırlar. 

Qeyd edilib ki, bütün penitensiar müəssisələrdə epidemioloji cəhətdən gərgin mühit yoxdur, nəzarət tədbirləri fasiləsiz davam etdirilir. 

Bu sahədə vəziyyət həmçinin, nazirliyin vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət yaradılmış monitorinq qrupu tərəfindən mütəmadi öyrənilir və ötən müddətdə penitensiar müəssisələrdə 65 monitorinq aparılaraq məhbusların saxlanma şəraiti, ərzaq, qida, tibbi və dərman təminatı ilə tanış olunub, qida rasionunun qanunvericiliklə müəyyən edilmiş normalara uyğunluğu yoxlanılıb, sanitar-gigiyenik vəziyyətə, dezinfeksiya işlərinin aparılmasına xüsusi diqqət yetirilib.

 

Günay Elşadqızı

Digər xəbərlər