Peşə təhsili pilləsinə tələbə qəbuluna başlanılır

Peşə təhsili pilləsinə tələbə qəbuluna başlanılır
  • Clock-gray 11:18
  • calendar-gray 10 Avqust 2020

"Bu gündən peşə təhsili pilləsinə 2020-2021-ci tədris ili üzrə tələbə qəbuluna başlanılır".

APA-nın məlumatına görə, bunu 2020-2021-ci tədris ili üzrə peşə təhsil pilləsinə tələbə qəbulunun başlanması ilə bağlı mətbuat konfransında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov deyib. O bildirib ki, ilk dəfə qəbul olmaq istəyənlər elektron qaydada qeydiyyatdan keçərək müraciət edə bilərlər.

Qeydiyyat müddəti 10-24 avqust tarixlərini əhatə edəcək: "2020-2021-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılacaq. İlk dəfə olaraq tələbə qəbul prosesində işəgötürənlərlə birgə ikili proqramlar tətbiq olunacaq. Bura əsasən turizmlə bağlı ixtisaslardır, amma kənd təsərrufatı, digər sahələr üzrə də ixtisaslar var".

O bildirib ki, peşə təhsili haqqında qanuna əsasən peşə təhsil müəssisələrində yüksək texniki (subbakalavr dərəcəsi) səviyyəsi üzrə tələbə qəbulunun aparılması nəzərdə tutulur.

Onun sözlərinə görə, qəbul olmaq istəyənlər qəbul.vet.edu.az platforması üzərindən ödənişsiz qaydada qeydiyyat keçməlidirlər.

Əsmər Qabil

Digər xəbərlər