Prezident: “Azərbaycanda dezinfeksiya vasitələrinin istehsalı da təşkil edilib”

Prezident: “Azərbaycanda dezinfeksiya vasitələrinin istehsalı da təşkil edilib”
  • Clock-gray 16:18
  • calendar-gray 06 Aprel 2020

“Eyni zamanda, bu gün Azərbaycanda dezinfeksiya vasitələrinin istehsalı da təşkil edilib. Bu da qısa müddət ərzində ərsəyə gəlmiş bir məsələdir”.

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində deyib.

Dövlət başçısının sözlərinə görə, burada üstünlüyümüz ondan ibarət olub ki, ölkəmizdə bir neçə spirt zavodu var və bu spirt zavodlarında dezinfeksiya vasitələri istehsal edilməyə başlanıb və artıq satışa verilir: “Beləliklə, mübarizəni daha da səmərəli şəkildə aparmaq üçün dəfələrlə qeyd olunub ki, vətəndaşlar daha da məsuliyyətli olmalıdırlar və şəxsi gigiyenasına fikir verməlidirlər: “Ancaq bunu təmin etmək üçün vasitələr olmalıdır və bu gün bu vasitələr artıq bazara təqdim edilir – tibbi maskalar və dezinfeksiya vasitələri”.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date