Prezident İlham Əliyev Şamaxıda zəlzələdən ziyan çəkmiş ailələr üçün inşa edilmiş yaşayış binasında yaradılan şəraitlə tanış olub

Prezident İlham Əliyev Şamaxıda zəlzələdən ziyan çəkmiş ailələr üçün inşa edilmiş yaşayış binasında yaradılan şəraitlə tanış olub
  • Clock-gray 19:15
  • calendar-gray 05 Dekabr 2019

Dekabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı rayonunda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş 44 mənzilli yaşayış binasında yaradılmış şəraitlə tanış olub.

APA-nın xəbərin görə, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.

Prezident İlham Əliyev Fərdar Həsənovun mənzilində yaradılan şəraitlə maraqlanıb.

Dövlətimizin başçısı çay süfrəsi arxasında ailə üzvləri ilə söhbət edib.

Fərdar Həsənov və anası Xuraman Həsənova göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ediblər.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date