Prezidentin köməkçisi: “Ölkədə ərzaq təchizatı ilə bağlı zəruri tapşırıqlar verilib, zəruri ehtiyatlar yaradılıb”

Prezidentin köməkçisi: “Ölkədə ərzaq təchizatı ilə bağlı zəruri tapşırıqlar verilib, zəruri ehtiyatlar yaradılıb”
  • Clock-gray 18:23
  • calendar-gray 08 Aprel 2020

“Yanvar ayından başlayaraq ərzaq təchizatı ilə bağlı zəruri tapşırıqlar verilib və zəruri ehtiyatlar yaradılıb”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Bəzi ölkələrdə supermarketlərin boş olduğunu gördük. Ancaq Azərbaycanda zəruri addımlar atıldığı üçün biz bu halla rastlaşmırıq. İdxal və ixrac prosesi davam edir. Son 3 ayda ölkəmizdən 5 mindən çox yük maşını keçib. Qarşıdan gələn dövr üçün də tərəfdaşlarımızla müvafiq sazişlər bağlanır”, - deyə o bildirib.

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date