Prezidentin köməkçisi: “Şimal-Cənub”, “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin aktiv fəaliyyəti təmin olunub”

Prezidentin köməkçisi: “Şimal-Cənub”, “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin aktiv fəaliyyəti təmin olunub”
  • Clock-gray 18:00
  • calendar-gray 10 İyul 2020

“Elə vətəndaşlarımız var ki, 2-3 ay ərzində ölkəyə gələ bilmirlər. Ona görə də çarter reysləri təşkil olunur”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O deyib ki, məhdud xarakter daşıyan reyslər test və digər tələblərə riayət edilməklə həyata keçirilir: “Türkiyə və digər Avropa ölkələrində çox saylı tələbələrimiz var. Onların valideynlərinin də haqlı narahatlıqları var”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, beynəlxalq daşımalar pandemiya dövründə dayanmayıb: “Şimal-Cənub”, “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin aktiv fəaliyyəti təmin olunub. Xaricdən idxal olunan hər hansı məhsulda buna görə qıtlıq olmayıb. Qərb sərhəd-keçid məntəqəsində yerli və əcnəbi sürücülər testdən keçirilir. Pandemiya başlayan dövrdən də şimal istiqamətindən polisin müşayiəti ilə keçid təmin olunur. Bu sahədə hər hansı problem varsa, birgə araşdıraraq həll yollarını tapmalıyıq”.
 
TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva isə nəzərə çatdırıb ki, sərhədi keçən bütün sürücülər test verirlər.

Ramiz Mikayıloğlu

Digər xəbərlər