Prezidentin köməkçisi: “Sıxlıq yaransa, əlavə avtobuslar ayrıla bilər”

Prezidentin köməkçisi: “Sıxlıq yaransa, əlavə avtobuslar ayrıla bilər”
  • Clock-gray 18:09
  • calendar-gray 03 İyul 2020

“Pandemiyadan əvvəl metro ilə gündəlik 600 min insan daşınırdı, bu gün bu göstərici 170 min nəfərdir”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi deyib ki, ekspress marşrutlar təşkil olunacaq: “Şəhərə lüzumsuz gələnlərin qarşısı alınacağı təqdirdə, çətinlik olmayacağını düşünürük. Ehtiyac olsa, sıxlıq yaransa, əlavə avtobuslar ayrıla bilər. Avtobuslarda sıxlıq varsa, insanların digər avtobusu gözləmələri yaxşı olardı”.

apa-logo-mini

Digər xəbərlər