Prokurorluq: Şəkidə meyiti tapılan şəxsin üzərində zorakılıq əlamətləri aşkar olunmayıb

Prokurorluq: Şəkidə meyiti tapılan şəxsin üzərində zorakılıq əlamətləri aşkar olunmayıb
  • Clock-gray 12:28
  • calendar-gray 28 Fevral 2020

Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Şəki şəhərində meyiti tapılan Y.Əliyevin üzərində zorakılıq əlamətlərinin aşkar olunması ilə bağlı əsassız məlumatlar yayılıb.

Şəki rayon Prokurorluğundan APA-ya bildirilib ki, həmin məlumatlar həqiqəti əks etdirmədiyindən təkzib olunur.

Belə ki, yanvarın 25-də saat 02 radələrində Şəki şəhər sakini 1982-ci il təvəllüdlü Əliyev Yusif Yaşar oğlunun yaşadığı evdə vəfat etməsi barədə daxil olan məlumat əsasında məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə baxış keçirilib.

Yusif Əliyevin meyiti müayinə edilərkən üzərində hər hansı zorakılıq əlamətləri və ya xəsarət aşkar edilməyib.

Araşdırmalarla Y.Əliyevin yaşadığı evdə ürək-ağciyər çatışmazlığından vəfat etməsi müəyyən edilib.

Əcəmi Əsədulla

Digər xəbərlər

Arxiv

date