Qəbələdə maarifləndirmə və dezinfeksiya tədbirləri davam etdirilir

Qəbələdə maarifləndirmə və dezinfeksiya tədbirləri davam etdirilir
  • Clock-gray 18:30
  • calendar-gray 29 Mart 2020

Koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə Qəbələ rayonunda təxirəsalınmaz, qabaqlayıcı tədbirlər davam etdirilir. 

APA-nın xəbərinə görə, bu gün Qəbələ şəhərində 2 küçədə, Qəbələ şəhər bazarında və Mirzəbəyli kəndində sanitar-dezinfeksiya işləri aparılıb. 

Qəbələ Rayon İcra Hakimiyyəti tərəfindən yaradılan 68 xüsusi qrupun üzvləri şəhərin prospekt və küçələrində, məhəllələrdə, kənd və qəsəbələrdə xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması məqsədilə  sakinlər arasında təbliğat və maarifləndirmə işləri aparırlar.

Dezinfeksiya və maarifləndirmə işləri davam edir.

apa-logo-mini

Digər xəbərlər