Qoşqar Təhməzli: "12 ton yağın saxtalaşdırılmasında günahı olanlar cəzalandırılacaqlar"

Qoşqar Təhməzli: "12 ton yağın saxtalaşdırılmasında günahı olanlar cəzalandırılacaqlar"
  • Clock-gray 13:00
  • calendar-gray 17 Yanvar 2020

"12 ton yağın kərə yağı adı ilə saxtalaşdırılması cinayət işidir".

APA-nın məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2019-cu ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ümumiyyətlə belə bir əmtəə nişanı yoxdur və əmtəə nişanı özü də saxtalaşdırılıb: "Məhsulun üzərində onun kərə yağı olduğu göstərilsə də, bu, kərə yağı olmayıb. Təəssüf ki, "SN Qida Təchizat” MMC AQTA-nın sertifikatını saxtalaşdırıb və "Bizim Market"də təqdim edib. Ekspertizanın nəticələri də göstərdi ki, o, ümumiyyətlə kərə yağı deyil. Bu faktların aşkarlanması üçün sahibkarların məsuliyyəti artmalıdır". AQTA sədri eyni zamanda qeyd edib ki, faktla bağlı materiallar hazırlanaraq Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib və bu işdə günahı olan insanlar cəzalandırılacaqlar.

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date