Qərargah: Maskadan istifadə tələbinə əməl etməyən mağaza və market sahiblərinə qarşı ciddi tədbirlər görüləcək

Qərargah: Maskadan istifadə tələbinə əməl etməyən mağaza və market sahiblərinə qarşı ciddi tədbirlər görüləcək
  • Clock-gray 18:47
  • calendar-gray 29 May 2020

 “Əksər mağaza və marketlərdə maskadan istifadə tələbinə riayət olunmur”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, tələblərə ciddi riayət olunmalıdır: “Əks təqdirdə mağaza və marketlərin sahiblərinə qarşı ciddi tədbirlər görüləcək”.

TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, iri ticarət mərkəzlərinə də müştəri maska ilə daxil olmalıdır: “Maskalar həm burun, həm də ağızı qoruyacaq şəkildə istifadə olunmalıdır”.

Ramiz Mikayıloğlu

Digər xəbərlər