Respublika Neyrocərrahiyyə Xəstəxanasına yeni baş həkim təyin edilib

Respublika Neyrocərrahiyyə Xəstəxanasına yeni baş həkim təyin edilib
  • Clock-gray 12:41
  • calendar-gray 31 Oktyabr 2020

TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlının müvafiq əmri ilə Fərid Vahid oğlu Təqdirov Respublika Neyrocərrahiyyə Xəstəxanasına baş həkim vəzifəsinə təyin edilib. 

TƏBİB-dən APA-ya verilən məlumata görə, Fərid Təqdirov 1996-2002-ci illərdə Azərbaycan Dövlət Tibb Üniversitetinin Müalicə işi fakültəsində təhsil almış, 2002-2003-cü illərdə Respublika Neyrocərrahiyyə Xəstəxanasında neyrocərrahiyyə ixtisası üzrə internatura keçib. 

İlk əmək fəaliyyətinə Respublika Neyrocərrahiyyə Xəstəxanasında nevrocərrah kimi başlayıb, daha sonra Füzuli rayonu N-saylı Tibb Taborunda, Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibbi Baş İdarəsinin Hospitalında və müxtəlif özəl tibb müəssisələrində neyrocərrah kimi fəaliyyət göstərib.

Günay Elşadqızı

Digər xəbərlər