Rusiyadakı azərbaycanlı diplomatlar məvaciblərindən KMDF-ə ianə ediblər

Rusiyadakı azərbaycanlı diplomatlar məvaciblərindən KMDF-ə ianə ediblər
  • Clock-gray 20:15
  • calendar-gray 02 Aprel 2020

Azərbaycanın Rusiyadakı Səfirliyinin əməkdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər.

Səfirliyin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən mıəlumata görə, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin əməkdaşları Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü olaraq öz məvaciblərindən 3000 ABŞ dolları ianə ediblər.

 

Qeyd edək ki, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu da Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 min AZN yardım edib.

Fərid Əkbərov

Digər xəbərlər

Arxiv

date